...

İrandan gələn Azərbaycan vətəndaşının üzərində qadağan olunmuş maddə tapılıb

Hadisə Materials 21 Fevral 2013 11:04 (UTC +04:00)
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşının üzərindən metadon məhlulu tapılıb.
İrandan gələn Azərbaycan vətəndaşının üzərində qadağan olunmuş maddə tapılıb

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İ.İzzət/

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşının üzərindən metadon məhlulu tapılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Müzəffər Tağızadənin əl yüklərinə aid 1 ədəd sellofan torbaya baxış zamanı, oradan 3 ədəd plastmas qabda, cəmi 3500 ml həcmində metadon məhlulu aşkar olunaraq götürülüb.

Belə ki, metadon məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 3500 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 3,5 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti