Azərbaycan, Bakı, 24 mart /Trend/
Yaşlı qadın yanğın zamanı həlak olub. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Bakı şəhəri, Nəsimi rayonunda 1942-ci il təvəllüdlü Roşkova Svetlana Anatolyevnaya məxsus ümumi sahəsi 25 kv.m olan birotaqlı mənzildə 3 kv.m sahədə məişət tullantıları yanıb.
Yanğının kəşfiyyatı zamanı ev sahibinin cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.
Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik kabelləri 80 p.m yanıb.
Yanğın zamanı yuxarı mərtəbələrdən 6 nəfər sakin təxliyyə və 1 hamilə qadın ilə azyaşlı uşağı yanğınsöndürənlər tərəfindən xilas edilib.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 11:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.