Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir İ.İzzət/
Gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşının çantasında narkotik həblər aşkar edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Gülxanım Səmədovanın əl çantasına baxış keçirilib.
Baxış zamanı çantanın içərisindən 454 ədəd sintetik narkotik vasitə saylan metadon adlı həb aşkar edilib. Belə ki, metadon adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir və 454 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 2,27 qram təşkil edir.