...

Azərbaycanda narkotik cinayətlərinə görə 17 əcnəbi məsuliyyətə cəlb edilib

Hadisə Materials 19 Aprel 2013 17:18 (UTC +04:00)
2013-cü ilin yanvar-mart ayları ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi sahəsində bir sıra tədbirlər həyata keçirilib və hüquq-mühafizə orqanları tərəfindən 847 cinayət faktı aşkar edilib.
Azərbaycanda narkotik cinayətlərinə görə 17 əcnəbi məsuliyyətə cəlb edilib

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir İ.İzzət/

2013-cü ilin yanvar-mart ayları ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi sahəsində bir sıra tədbirlər həyata keçirilib və hüquq-mühafizə orqanları tərəfindən 847 cinayət faktı aşkar edilib. Bu barədə Trend-ə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Məzahir Əliyev məlumat verilib.

Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 348 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb ki, onlardan 110 kq 703,63 qr-ı marixuana (26%), 79 kq 273,396 qr-ı heroin (21,9%), 94 kq 210,46 qr-ı həşiş (20,8%), 64 kq 315,966 qr-ı tiryək (15,1%), 585,118 qr-ı isə psixotrop maddələr və digərləri olub.

Aşkar edilən faktlarla bağlı 515 nəfər məsuliyyətə cəlb edilib. Onlardan 17 nəfəri xarici ölkə vətəndaşı olub. Əcnəbilərin 9-u İran, 6-sı Rusiya, 1-i Gürcüstan, 1-i Türkiyə vətəndaşıdır. Məsuliyyətə cəlb olunanların 19 nəfəri isə qadın olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti