...

Azərbaycan vətəndaşı İrandan narkotiklə gəlirdi...

Hadisə Materials 30 Aprel 2013 11:20 (UTC +04:00)
İrandan gələn Azərbaycan vətəndaşının üzərindən narkotik maddələr aşkar edilərək götürülüb.
Azərbaycan vətəndaşı İrandan narkotiklə gəlirdi...

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İzzət/

İrandan gələn Azərbaycan vətəndaşının üzərindən narkotik maddələr aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Şaiq Məmmədovun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı ondan sintetik narkotik vasitə sayılan 4 ədəd metadon adlı həb, eləcə də 1 ədəd bükümdə xalis çəkisi 2,013 qram olan tiryək aşkar edilərək götürülüb.

Qeyd edək ki, metadon həbi "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin" II Siyahısına daxildir və 4 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti