...

Türkiyədə külli miqdarda narkotik müsadirə olunub

Hadisə Materials 17 May 2013 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin paytaxtı Ankarada ölkənin təhlükəsizlik qüvvələri tərəfindən aparılan xüsusi əməliyyat nəticəsində külli miqdarda narkotik müsadirə olunub. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Agentliyin məlumatına görə, əməliyyat zamanı 430 kiloqram marixuana, 1 970 ədəd "ekstazi" həbləri və bir lisenziyalaşdırılmayan tapança müsadirə edilib.

Əməliyyat nəticəsində 22 nəfər saxlanılıb. Onlardan 12-si həbs olunub və məhkəmə orqanlarına təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti