...

Abşeronda tapılmış meyitin şəxsiyyəti müəyyən edilib

Hadisə Materials 14 İyun 2013 14:13 (UTC +04:00)
Ceyranbatan qəsəbəsi ərazisində tapılmış meyitin şəxsiyyəti müəyyən edilib.
Abşeronda tapılmış meyitin şəxsiyyəti müəyyən edilib

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İzzət/

Ceyranbatan qəsəbəsi ərazisində tapılmış meyitin şəxsiyyəti müəyyən edilib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 12-də Ceyranbatan qəsəbəsinin ərazisində tapılmış meyitin şəxsiyyəti müəyyən edilib.

Onun Gəncə şəhər sakini Ziya Zəkiyev olduğu məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti