...

İran-Azərbaycan sərhədini qanunsuz keçmək istəyən 10 nəfər həbs olunub

Hadisə Materials 25 İyun 2013 15:59 (UTC +04:00)
İran sərhədçiləri son üç ayda Azərbaycanla sərhədi qanunsuz keçmək istəyən 10 nəfəri həbs ediblər.
İran-Azərbaycan sərhədini qanunsuz keçmək istəyən 10 nəfər həbs olunub

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir T.Cəfərov/

İran sərhədçiləri son üç ayda Azərbaycanla sərhədi qanunsuz keçmək istəyən 10 nəfəri həbs ediblər. Trend-in məlumatına görə, bu barədə İran Polisinin rəsmi xəbər saytı "police news center" məlumat verir.

Məlumatda bildirilir ki, Germi sərhədçiləri həmin şəxsləri müxtəlif dövrlərdə ümumilikdə 380 baş mal-qaranı İrandan Azərbaycana qaçaq keçirmək istəyərkən saxlayıblar.

Məlumatda həbs olunan şəxslərin hansı ölkənin vətəndaşı olduqları və kimlikləri açıqlanmayıb.

Həbs olunanlar barəsində cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti