...

Xaçmazda dəhşətli qətl: qardaş qardaşı oyuna görə öldürdü

Hadisə Materials 4 İyul 2013 09:46 (UTC +04:00)
Xaçmaz rayonunun Hülövlü kəndində 17 yaşlı yeniyetmə 14 yaşlı qardaşını bıçaqlayaraq qətlə yetirib
Xaçmazda dəhşətli qətl: qardaş qardaşı oyuna görə öldürdü

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.İzzət/

Xaçmaz rayonunun Hülövlü kəndində 17 yaşlı yeniyetmə 14 yaşlı qardaşını bıçaqlayaraq qətlə yetirib

Trend Regional TV-yə istinadən xəbər verir ki, dəhşətli hadisə iyulun 3-ü axşam saatlarında Xaçmaz rayonunun Hülövlü kəndində baş verib. Qardaşı 14 yaşlı Nizam Nizamovla dalaşan 17 yaşlı Tamerlan Nizamov ona 5 bıçaq xəsarəti yetirib. Bu zaman Tamerlan onları ayırmağa çalışan atası 68 yaşlı Eynulla Nizamovun da əl nayihəsinə 1 bıçaq zərbəsi vuraraq qaçıb.

Hadisə nəticəsində 14 yaşlı Nizam elə hadisə yerində dünyasını dəyişib. Eynulla Nizamova isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında ilkin yardım göstərildikdən sonra o, ambulator müalicəyə buraxılıb.

Yaxınlarının bildirdiyinə görə, hadisəni törədən Tamerlan Nizamov uzun müddətdir ki, özünə qapanıbmış. Tez-tez qardaşların arasında mübahisə, əlbəyaxa dava olurmuş.

Hadisənin necə baş verdiyinə gəldikdə isə, yaxınları qeyd edib ki, qardaşlar "playstation" oynamaq üstündə dalaşıblar. Mübahisəni sözlə həll edə bilməyən böyük qardaş bıçağa əl atıb.

Bundan əalvə, Nizam və Tamerlan Nizamovlar hər ikisi həm ruhi xəstə, həm də 2-ci qrup əlil kimi qeydiyyatdadırlar.

Nizam Nizamovun meyiti Xaçmaz Rayon Morqunda müayinə olunduqdan sonra aidiyyatı üzrə təhvil verilib.

Tameral Nizamovun isə tutularaq istintaqa təhvil verilməsi istiqamətində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti