...

Mingəçevirdə həyətyanı sahələri və yolları palçıqlı su basıb

Hadisə Materials 4 İyul 2013 20:09 (UTC +04:00)
Mingəçevirdə yaşayış evlərini, həyətyanı sahələri və yolları palçıqlı su basıb.
Mingəçevirdə həyətyanı sahələri və yolları palçıqlı su basıb

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Mingəçevirdə yaşayış evlərini, həyətyanı sahələri və yolları palçıqlı su basıb.

Trend EL TV-yə istinadən məlumat verir ki, Mingəçevir şəhərinə ötən gecə yağan leysan yağışlar bir sıra fəsadlar törədib. Onlarla fərdi yaşayış evini və həyətyanı sahələri palçıqlı su basıb.

Şəhərin "Günəşli" bağlar massivinə daha çox ziyan dəyib. Kanalizasiya xətləri palçıqla dolub. Sakinlərin saxladıqları toyuq-cücə, əkdikləri tərəvəz məhsulları məhv olub. Bəzi həyətyanı sahələrin ətrafina çəkilən hasarlar uçub.

Yolların palçıqlı olması səbəbindən avtomobillərin hərəkətində problemlər yaranıb. Fəsadların aradan qaldırılması üçün gecə saatlarından lazımi tədbirlərin görülməsinə başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti