...

Bakıda tikinti aparılan binanın zirzəmisində qumbara aşkar edilib

Hadisə Materials 28 Avqust 2013 16:05 (UTC +04:00)
Bakıda tikinti aparılan binanın zirzəmisində qumbara aşkar edilib.
Bakıda tikinti aparılan binanın zirzəmisində qumbara aşkar edilib

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İzzət/

Bakıda tikinti aparılan binanın zirzəmisində qumbara aşkar edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda təmir-tikinti işləri aparılan binanın zirzəmisində partlayış təhlükəli əşya aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri dərhal hadisə yerinə cəlb edilib. Baxış zamanı müəyyən olunub ki, bu, istifadəyə yararsız 1 ədəd RQ-42 əl qumbarasıdır.

Aşkar edilmiş sursat müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib. Daha sonra əraziyə əlavə baxış keçirilib və heç bir şübhəli əşya aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti