...

Bakı İstintaq təcridxanasına alkoqollu içki keçirilməsi cəhdinin qarşısı alınıb

Hadisə Materials 23 Sentyabr 2013 19:52 (UTC +04:00)
Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakı İstintaq təcridxanasına alkoqollu içki keçirilməsi cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Penitensiar Xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 23.09.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında 1961-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Bayram Oruc oğlu Paşayevə vətəndaş Şahniyar Xamməd qızı Məmmədovanın gətirdiyi sovqata baxış keçirilərkən bir ədəd 0,5 litr həcmdə "Slavyanka" etiketli plastik qabda tündlüyü 10,5 faiz olan alkoqollu içki aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti