...

Samuxda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Hadisə Materials 6 Oktyabr 2013 21:58 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, yol qəzası rayonun Sərkar kəndi ərazisində baş verib. Belə ki, Samux sakini 33 yaşlı Nizami Nərimanov idarə etdiyi "Opel Astra" markalı avtomobillə Gəncə şəhər sakini 27 yaşlı Tural Salahovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub.
Samuxda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Samux rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, yol qəzası rayonun Sərkar kəndi ərazisində baş verib. Belə ki, Samux sakini 33 yaşlı Nizami Nərimanov idarə etdiyi "Opel Astra" markalı avtomobillə Gəncə şəhər sakini 27 yaşlı Tural Salahovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü və VAZ-ın sərnişinləri - Samux rayon Sərkar kənd sakinləri 37 yaşlı Möhsün Nəsibov və 32 yaşlı Məsim Nəsibov aldıqları ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının müxtəlif şöbələrinə yerləşdiriliblər.

Həkim Rafael Əsədov bildirib: "Nizami Nərimanov qarının küt travması, çanaq sümüklərinin sınığı ilə gətirilib, xəstə əməliyyat olunub, dalağı götürülüb, vəziyyəti ağırdır. İkinci xəstə Məsim Nəsibov Aqil oğlu ağır kəllə-beyin travması, ətraf sümüklərin sınığı, üçüncü xəstə - qardaşlardan biri 1976-cı il təvəllüdlü Möhsün Nəsibov isə açıq ağır kəllə-beyin travması, ətraf sümüklərin sınığı diaqnozu ilə daxil olublar. Hazırda hər üçünün müalicəsi reanimasiyada davam etdirilir".

Xatırladaq ki, qəzaya ilkin səbəb kimi hər iki avtomobilin yüksək sürətlə idarə olunması və ötmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir. Ancaq qəzanın dəqiq səbəbləri aparılacaq avtotexniki ekspertizanın dəqiq rəyindən sonra məlum olacaq.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti