...

Azərbaycanın sərhədində bir neçə silah-sursat qaçaqmalçılığının qarşısı alınıb

Hadisə Materials 23 Oktyabr 2013 12:39 (UTC +04:00)
Azərbaycanın şimal sərhəddində bir neçə silah-sursat qaçaqmalçılığının qarşısı alınıb.
Azərbaycanın sərhədində bir neçə silah-sursat qaçaqmalçılığının qarşısı alınıb

Azərbaycan, Bakı, 23 oktyabr / Trend, müxbir M.Əliyev/

Azərbaycanın şimal sərhədində bir neçə silah-sursat qaçaqmalçılığının qarşısı alınıb.

Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat xidmətindən çərşənbə günü bildirilib.

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan "Toyota Camry" markalı, O 565 MP 70 RUS dövlət nömrə nişanlı avtomaşına keçirilmiş gömrük baxışı zamanı avtomaşının sürücüsü, Rusiya vətəndaşı Mamedov Hacıbala Nuru oğlu tərəfindən bəyan olunmayan 1 ədəd üzərində "Baikal MP - 461" yazılmış, 18 X 45 kalibrli tapanca, 1 ədəd qeyd olunan tapancada istifadə olunan daraq və 8 ədəd rezin başlıqlı güllə aşkar edilib.

Digər "Mercedes Benz 0403" markalı, 90 ER 392 nömrə nişanlı sərnişin avtobusunun baqaj hissəsində olan çantalara monitor vasitəsi ilə keçirilmiş gömrük baxışı zamanı, sərnişin avtobusunu idarə edən Azərbaycan vətəndaşı Qəhrəmanov Seyfəddin Hacı oğlu tərəfindən bəyan olunmayan 1 ədəd Tayvan istehsalı olan "GİETCHER UZM" markalı 4.5 kalibrli avtomat, 8 ədəd "GİETCHER" markalı qaz balonu və təqribi çəkisi 300 qram olan qırma aşkar edilərək götürülüb.

Daha bir "Mercedes Benz-E320" markalı, 26 BA 572 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı isə həmin nəqliyyat vasitəsinin sürücüsü, Azərbaycan vətəndaşı Qasımov Eyvaz Əvəz oğlu tərəfindən gömrük bəyannaməsində göstərilməyən 1 ədəd 4,5 mm. kalibrli "BRT 84 GLETCHER" markalı qaz balonlu tapança aşkar olunub.

"Samur" gömrük postunun piyada keçidi zonasına Rusiya istiqamətindən daxil olan digər bir Azərbaycan Respublikası vətəndaşı Heydərov Elman Səfdər oğlunun əl yüklərinə keçirilmiş gömrük baxışı zamanı onun tərəfindən konfetin içərisində gömrük nəzarətindən gizlədilmiş 12 kalibrli 125 ədəd ov tüfəngi üçün patron aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti