...

Əminin məhkum qardaşoğluna çörəyin içində telefon ötürmək cəhdi baş tutmadı (FOTO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 1 Noyabr 2013 19:44 (UTC +04:00)
Penitensiar Xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.
Əminin məhkum qardaşoğluna çörəyin içində telefon ötürmək cəhdi baş tutmadı (FOTO) (ƏLAVƏ OLUNUB)

Həbsxanalara qadağan olunmuş əşyaların keçirilməsi cəhdi ilə bağlı məlumatlar əlavə olunub (İlk xəbər saat 17:24-də yayılıb)

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Penitensiar Xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 29-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan 1991-ci il il təvəllüdlü, Elnur Yengibar oğlu Əliyevə əmisi - Kürdəmir rayon sakini Rövşən Cəlil oğlu Əliyev tərəfindən gətirilən sovqata baxış keçirilib.

Baxış zaman çörəyin içərisində gizlədilmiş "Nokia" markalı mobil telefon aşkar edilərək götürülüb.

Həmçinin, bu gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1973-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1; 67.1; 206.3.2; 234.4.3; 234.4.1; 66.3-cü maddələri ilə təqsirli bilinərək 10 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Akif Ələkbər oğlu Məmmədova oğlu - 1996-cı il təvəllüdlü Hacıqabul rayon sakini Xəyam Akif oğlu Kazımov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman qara rəngli ayaqqabının sağ tayının içərisində xüsusi üsulla gizlədilmiş bir ədəd mobil telefon mikrosxemi aşkar edilərək götürülüb.

Bundan başqa, Bakı İstintaq təcridxanasında saxlanılan 1978-ci təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Rüstəmov Elgiz Sahib oğlunun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Rüstəmov Elbrus Sahib oğlunun üzərinə baxış keçirilən zaman əynində olan gödəkcəsinin sol cibindən daxilində "Sim" danışıq kartı olan bir ədəd "Samsunq" markalı mobil telefon aşkar olunaraq götürülüb.

Hər üç fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti