...

Namibiyada təyyarə qəzasında sağ qalan yoxdur

Hadisə Materials 30 Noyabr 2013 15:04 (UTC +04:00)
Xilasedicilər şənbə günü Namibiyanın şimal-şərqində sərnişin təyyarəsinin qalıqlarını aşkar ediblər. Qəzada sağ qalan yoxdur.
Namibiyada təyyarə qəzasında sağ qalan yoxdur

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Xilasedicilər şənbə günü Namibiyanın şimal-şərqində sərnişin təyyarəsinin qalıqlarını aşkar ediblər. Qəzada sağ qalan yoxdur. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi yerli polis nümayəndəsinə istinadən xəbər verib.

Polis zabiti Uilli Bemtonun sözlərinə görə, təyyarə tamamilə yanaraq külə dönüb.

Şənbə günü yerli KİV içərisində 28 sərnişinin və altı ekipaj üzvünün olduğu, Mozambikdən Anqolaya uçan "Mozambican Airlines"ə məxsus sərnişin təyyarəsinin radarlardan itdiyi barədə məlumat verib. Bundan əvvəl təyyarənin Botsvananın ərazisinə düşdüyü bildirilsə də, sonra hava gəmisinin Namibiya cəngəlliklərində, Botsvana ilə sərhəddə yerləşən Bvabvata milli parkının ərazisində qəzaya uğradığı məlum olub.

Polis nümayəndələri bildirirlər ki, qəzanın baş verdiyi ehtimal olunan yerin yaxınlığında yerli sakinlər partlayış səsləri eşidiblər. Leysan yağışları və milli parkın meşəlik ərazisi axtarış işlərini çətinləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti