...

Məhkuma şorba qabının içərisində narkotik maddələr ötürmək cəhdi baş tutmadı (FOTO)

Hadisə Materials 14 Dekabr 2013 19:48 (UTC +04:00)
Penitensiar Xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Məhkuma şorba qabının içərisində narkotik maddələr ötürmək cəhdi baş tutmadı (FOTO)

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Penitensiar Xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dekabrın 14-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1974-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş Qurban Cəmil oğlu Abdullayevə qohumu vətəndaş Rəsul Famil oğlu Əsədovun gətirdiyi sovqata baxış keçirilərkən, üzərinə "Biq Lanç"sözləri yazılmış qurudulmuş şorba qabının içərisində 1 ədəd sellofan bükümdə xalis çəkisi 0,654 qram olan narkotik maddə - tiryək və 1 ədəd sellofan bükümdə xalis çəkisi 2,94 qram olan narkotik maddə - marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti