Azərbaycan, Bakı, 18 dekabr /Trend/
İrandan Azərbaycana narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Elmir Həsənova məxsus idman çantasına baxış zamanı həmin çantadan gömrük nəzarətinə təqdim edilməyən, üzərində "Methadone 20" sözləri yazılmış, hər birində 10 ədəd həb olmaqla 15 konvalyut (cəmi 150 ədəd həb) metadon adlı dərman preparatı aşkar olunub.
Xatırladaq ki, metadon adlı dərman preparatı "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin"in II Siyahısına daxildir və sintetik narkotik vasitə sayılır. 150 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 3,0 qram təşkil edir.