...

Qadın məhkum əri üçün qanunsuz əmələ əl atıb

Hadisə Materials 4 Yanvar 2014 13:14 (UTC +04:00)
Bakı İstintaq təcridxanasına qanunsuz rabitə vasitəsinin keçirilməsinin qarşısı alınıb.
Qadın məhkum əri üçün qanunsuz əmələ əl atıb

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir İ.İzzət/

Bakı İstintaq təcridxanasına qanunsuz rabitə vasitəsinin keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı İstintaq təcridxanasında saxlanılan Mahir Qüdrət oğlu Niftəliyevin yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı - Bakı şəhəri, Nəsimi rayonu, Sverdlov küçəsi, döngə 7, ev 10 ünvanında yaşayan vətəndaş Mətanət İbrahim qızı Niftəliyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı onun əlindəki çantanın içərisində daxilində "Nar" danışıq kartı olan bir ədəd "iPhone" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, 1966-cı il təvəllüdlü M.Niftəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək 3 ay müddətinə həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti