...

Şamaxılı qadın Bakı İstintaq təcridxanasına qazanın qulpunda marixuana keçirmək istəyib

Hadisə Materials 7 Yanvar 2014 16:44 (UTC +04:00)
Bakı İstintaq təcridxanasına qazanın qulpunda narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Şamaxılı qadın Bakı İstintaq təcridxanasına qazanın qulpunda marixuana keçirmək istəyib

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İ.İzzət/

Bakı İstintaq təcridxanasına qazanın qulpunda narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yanvarın 7-də Bakı İstintaq təcridxanasında saxlanılan Emil Rəfail oğlu Dadaşova Şamaxı rayonu, Çaylı kəndində qeydiyyatda olan vətəndaş Namilə Durmuş qızı Əsgərovanın gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı yeməklə dolu olan alüminium qazanın hər iki qulpunda, hər birində 2 ədəd olmaqla cəmi 4 ədəd sellofana bükülmüş ümumi çəkisi 3,28 qram olan narkotik maddə - marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, E.Dadaşov Cinayət Məcəlləsinin 185.2.1-ci (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti