...

Məhkum qardaşa qazanın içində mobil telefon "sovqat"ı (FOTO)

Hadisə Materials 8 Yanvar 2014 19:22 (UTC +04:00)
3 saylı İstintaq təcridxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.
Məhkum qardaşa qazanın içində mobil telefon "sovqat"ı (FOTO)

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

3 saylı İstintaq təcridxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təcridxanada saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Elçin Xanlar oğlu Əliyevə qardaşı Ramil Xanlar oğlu Əliyevin gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı içərisində toyuq ətindən hazırlanmış yemək olan qazanın dibinə xüsusi üsulla yerləşdirilmiş, dəmir parçası ilə örtülmüş 2 ədəd "Nokia", bir ədəd "XpressMusic" markalı mobil telefon aparatları və 2 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti