...

Bakı İstintaq təcridxanasında saxlanılan qadından qanunsuz rabitə vasitəsi götürülüb

Hadisə Materials 13 Yanvar 2014 11:01 (UTC +04:00)
Bakı İstintaq təcridxanasında saxlanılan qadından qanunsuz rabitə vasitəsi götürülüb
Bakı İstintaq təcridxanasında saxlanılan qadından qanunsuz rabitə vasitəsi götürülüb

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İ.İzzət/

Bakı İstintaq təcridxanasında qanunsuz rabitə vasitələri aşkar edilib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Sevinc İsgəndər qızı Sadıqovanın yanına qısamüddətli görüşə gəlmiş oğlu Rafət Rəvam oğlu Ramizlinin üzərinə baxış keçirilib. Baxış zamanı onun cibindən daxilində danışıq kartı olmayan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Sevinc Sadıqova Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Minarə Məhəmməd qızı Allahverdiyevanın saxlandığı kamerada, yatdığı çarpayıda balışın altında gizlədilmiş, daxilində "Cin" danışıq kartı olan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Minarə Allahverdiyeva Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq; təkrar törədildikdə); 178.2.4 (Dələduzluq; xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə təqsirli bilinərək həbs edilib.

Həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Aydın Hüseyn oğlu Tağızadənin üzərindən daxilində danışıq kartı olmayan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Aydın Tağızadə Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə); 177.2.2 (Oğurluq; təkrar törədildikdə); 177.2.3 (Oğurluq; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4 (Oğurluq; xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş və hazırkı işi üzrə Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə; Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

Hər üç fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti