...

Bakıda məişət tullantıları qutularının içərisində külli miqdarda silah-sursat aşkarlanıb

Hadisə Materials 17 Yanvar 2014 12:10 (UTC +04:00)
Yanvarın 17-də paytaxt sakinlərindən biri DİN-in "102" Xidmətinə zəng edərək Binəqədi rayonu Şəmsi Rəhimov küçəsinin yaxınlığında yerləşən məişət tullantıları qutularının içərisində silah-sursatın olması barədə məlumat verib.
Bakıda məişət tullantıları qutularının içərisində külli miqdarda silah-sursat aşkarlanıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Yanvarın 17-də paytaxt sakinlərindən biri DİN-in "102" Xidmətinə zəng edərək Binəqədi rayonu Şəmsi Rəhimov küçəsinin yaxınlığında yerləşən məişət tullantıları qutularının içərisində silah-sursatın olması barədə məlumat verib.

Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dəqiqləşdirilməsi məqsədilə dərhal sözügedən ünvana gəlmiş polis əməkdaşları tərəfindən məişət tullantıları qutularına baxış keçirilmiş, bu zaman xeyli adda odlu silah, o cümlədən 24 avtomat silahı, 103 ədəd əl qumbarası və alışdırıcısı, 1 ədəd qumbaraatan, 1 ədəd əl pulemyotu, 2 snayper tüfəngi, 1 ədəd "TOZ-8", 1 ov tüfəngi, 39 ədəd mərmi, 36 avtomat darağı, 5 ədəd işıqlandırıcı raket, 4 tüstüverici şaşka, 31186 ədəd müxtəlif çaplı patron və digər hərbi sursat aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti