...

Bakıda bacı qardaşı üçün təcridxanaya telefon keçirmək istəyib

Hadisə Materials 7 Fevral 2014 09:38 (UTC +04:00)
Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.
Bakıda bacı qardaşı üçün təcridxanaya telefon keçirmək istəyib

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İzzət/

Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasının təsərrüfat briqadasında saxlanılan Xalis Əliheydər oğlu Novruzovun bacısı Mahirə Əliheydər qızı Novruzovanın gətirdiyi əşyalara və üzərinə baxış keçirilib.

Baxış zamanı onun əl çantasının içərisindən daxilində "Sim" danışıq kartı olan 1 (bir) ədəd "Fly" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Xalis Novruzov Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti