...

Tovuzda yük və minik avtomobilləri toqquşub, iki nəfər ölüb

Hadisə Materials 26 Fevral 2014 09:59 (UTC +04:00)
Yanğın nəticəsində minik avtomobilinin yanar hissələri yanıb.
Tovuzda yük və minik avtomobilləri toqquşub, iki nəfər ölüb

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Tovuzda yük və minik avtomobilləri toqquşub, iki nəfər ölüb.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonu, Aşağı Ayıblı kəndində "Ford" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

Yanğın nəticəsində minik avtomobilinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı "Mercedes" avtomobilində olan sürücünün və sərnişinin meyiti aşkar olunub. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti