...

Krım parlamentinin binası qarşısında partlayış olub, vəziyyət gərgindir

Hadisə Materials 26 Fevral 2014 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral/Trend/

Krım parlamentinin binası qarşısında partlayış baş verib.

Trend-in məlumatına görə, parlamentin mətbuat xidmətindən İTAR-TASS-a bildiriblər ki, vəziyyət çox gərgindir.

Nümayişçilərdən ibarət qrup Simferopolda Krım Muxtar Respublikasının Ali Şurasının binasına zorla daxil olmağa çalışır. Şurada ölkədə daxili siyasi vəziyyəti müzakirə etmək üçün növbədənkənar sessiya başlamalıdır.

Binanın önündə 7 minə yaxın insan toplaşıb. Onlar 2 qrupa bölünüb. Qruplardan biri Krımın Ukraynanın tərkibində qalmasını istədiyi halda, digər qrup Rusiyaya meyillidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti