...

Bakı İstintaq təcridxanasında baş vermiş ölüm faktı ilə bağlı ilkin ehtimallar açıqlanıb

Hadisə Materials 27 Mart 2014 12:26 (UTC +04:00)
Bakı İstintaq təcridxanasında saxlanılan 58 yaşlı kişi ölüb.
Bakı İstintaq təcridxanasında baş vermiş ölüm faktı ilə bağlı ilkin ehtimallar açıqlanıb

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İzzət/

Bakı İstintaq təcridxanasında saxlanılan 58 yaşlı kişi ölüb.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Trend-ə verilən məlumata görə, Bakı İstintaq təcridxanasında təqsirləndirilən şəxs qismində saxlanılan, 1956-cı il təvəllüdlü Rasim Ağayev təcridxanada ölüb. İdarənin həkimlərinin ilkin ehtimallarına görə, saxlanılan şəxs ürək infartktından dünyasını dəyişib.

R.Ağayevin ölümünün dəqiq səbəbləri təyin edilmiş ekspertizanın nəticələri açıqlanandan sonra məlum olacaq.

Qeyd edək ki, R.Ağayev Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirildiyindən təcridxanada saxlanılırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti