...

Bakıda məhkumun yanına gəlmiş qadının əl çantası “beynəlxalq telefon danışığı stansiyası” imiş

Hadisə Materials 28 Aprel 2014 15:52 (UTC +04:00)
Bakı İstintaq təcridxanasında saxlanılan məhkumun yanına gəlmiş həyat yoldaşının əl çantasından telefon, eləcə də Azərbaycan və Rusiyanın mobil operatorlarına məxsus danışıq kartları aşkar edilib.
Bakıda məhkumun yanına gəlmiş qadının əl çantası “beynəlxalq telefon danışığı stansiyası” imiş

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir İ.İzzət/

Bakı İstintaq Təcridxanasında saxlanılan məhkumun yanına gəlmiş həyat yoldaşının əl çantasından telefon, eləcə də Azərbaycan və Rusiyanın mobil operatorlarına məxsus danışıq kartları aşkar edilib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Ramil Famil oğlu Məmmədzadənin yanına qısa müddətli görüşə gəlmiş həyat yoldaşı Anjela Sallidinovna Abdullayevanın üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun əl çantasının içərisindən daxilində "Nar" danışıq kartı olan 1 (bir) ədəd "Samsung" markalı mobil telefon aparatı, daxilində danışıq kartı olmayan 1 (bir) ədəd "General Mobil" markalı mobil telefon aparatı, 2 (iki) ədəd "Nar" danışıq kartları, 1 (bir) ədəd "Meqafon" danışıq kartı, 1 (bir) ədəd "Bilayn" danışıq kartı, 1 (bir) ədəd "Mts" danışıq kartı, 1 (bir) ədəd "Utel" danışıq kartı, 1 (bir) ədəd telefon qidalandırıcısı və 2 (iki) ədəd telefon batareyaları aşkar edilərək götürülüb.

Qeyd edək ki, Ramil Məmmədzadə Cinayət Məcəlləsinin 32.3, 318.2; 32.3, 206.3.2; 32.3, 234.4.1; 234.4.3 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti