...

Bakı İstintaq təcridxanasının feldşerinin qanunsuz əməli ifşa edilib

Hadisə Materials 29 May 2014 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İzzət/

Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasının Tibb-sanitar hissəsinin feldşeri, tibb xidməti leytenantı Namiq Nağı oğlu Sultanovun müəssisəyə daxil olan zaman üzərindən 400 ədəd "Tramadol" həbləri aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti