...

Bakıda bacı məhkum qardaşı üçün alt paltarında narkotik vasitə keçirmək istəyib

Hadisə Materials 30 May 2014 14:28 (UTC +04:00)
Bakıda 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakıda bacı məhkum qardaşı üçün alt paltarında narkotik vasitə keçirmək istəyib

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/

Bakıda 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ramil Nizami oğlu Qafarovun yanına qısamüddətli görüşə gəlmiş bacısı Zülfiyyə Nizami qızı Qafarovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı onun alt paltarında gizlədilmiş, şəffaf sellofana bükülmüş, xalis çəkisi 0,8 qram olan narkotik maddə "Marixuana" aşkar edilərək götürülmüşdür.

Qeyd edək ki, Ramil Qafarov Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti