...

Bakı İstintaq təcridxanasına "badımcan-telefon"un keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 4 İyun 2014 14:05 (UTC +04:00)
Bakı İstintaq təcridxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakı İstintaq təcridxanasına "badımcan-telefon"un keçirilməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/

Bakı İstintaq təcridxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxs İbrahim Nadir oğlu Muxtarova xalası oğlu vətəndaş Maarif Nuhbala oğlu Dəmirovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı sovqatda olan badımcanın içərisindən daxilində danışıq kartı olmayan 1 (bir) ədəd "Kenxinda" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, İbrahim Muxtarov Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2 maddələrinə əsasən həbs edilmib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti