Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/
İyunun 13-də Şəmkirdə bacısını qətlə yetirmiş şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-də Çaparlı kəndində Nəsibə Tağılını qətlə yetirmiş qardaşı Adil Tağıyev tutulub.
Faktla əlaqədar istintaq-əməliyyat tədbirləri davam etdirilir.