...

Qadın alt paltarında Bakıdakı cəzaçəkmə müəssisəsinə narkotik həblər keçirmək istəyib

Hadisə Materials 23 İyun 2014 16:25 (UTC +04:00)
Bakıdakı cəzaçəkmə müəssisəsinə qanunsuz yolla narkotik tərkibli dərmanların keçirilməsinin qarşısı alınıb.
Qadın alt paltarında Bakıdakı cəzaçəkmə müəssisəsinə narkotik həblər keçirmək istəyib

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıdakı cəzaçəkmə müəssisəsinə qanunsuz yolla narkotik tərkibli dərmanların keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Cavidan Əhmədağa oğlu İbişovun yanına qısamüddətli görüşə gəlmiş vətəndaş Kəmalə Həsənağa qızı Heydərovanın üzərinə baxış keçirilib. Baxış zamanı onun alt paltarında gizlətdiyi içərisində 37 ədəd olan sellofana bükülmüş və narkotik tərkibli dərmanlar qrupuna aid olan "Tramadol" dərman həbləri aşkar edilərək götürülüb.

Qeyd edək ki, Cavidan İbişov Cinayət Məcəlləsinin 204.1; 234.1 və 66.3-cü maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti