...

Bakıda qadın həbsxanaya məhkum qohumu üçün telefon keçirmək istəyib

Hadisə Materials 8 İyul 2014 14:51 (UTC +04:00)
Bakıda 1 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakıda qadın həbsxanaya məhkum qohumu üçün telefon keçirmək istəyib

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda 1 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Mirhəsən Miri oğlu Dadaşovun yanına qısamüddətli görüşə gəlmiş qohumu Gülxanım İsrafil qızı Vəliyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı onun əl çantasında gizlətdiyi 1 (bir) ədəd "Motorolla" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Mirhəsən Dadaşov Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3 və 263.1 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti