...

Konfetdən narkotik çıxdı

Hadisə Materials 17 İyul 2014 18:30 (UTC +04:00)
Həbsxanaya narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Konfetdən narkotik çıxdı

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Həbsxanaya narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Trend Ədliyyə Nazirliyinin Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 maddəsinə əsasən təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Vüsal Saleh oğlu Ataşova xalası oğlu Nurlan Allahverdi oğlu Nuriyevin gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı konfetlərlə dolu olan sellofan paketin içərisində gizlədilmiş, xalis çəkisi 10,588 qram olan narkotik vasitə - "Tiryək", 2,90 qram olan narkotik vasitə - "həşiş", 1,462 qram olan narkotik vasitə - "heroin" və 1,706 qram olan narkotik vasitə - "kokain" aşkar edilərək götürülmüşdür.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti