...

Dələduzluq yolu ilə vətəndaşların pulunu mənimsəyən Qazax sakini saxlanılıb

Hadisə Materials 9 Avqust 2014 13:43 (UTC +04:00)
Dələduzluq yolu ilə vətəndaşlardan külli miqdarda pul alan Qazax sakini saxlanılıb.
Dələduzluq yolu ilə vətəndaşların pulunu mənimsəyən Qazax sakini saxlanılıb

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Dələduzluq yolu ilə vətəndaşlardanpul alan Qazax sakini saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər cverir ki, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 9-da Gülşad Hüseynovanın etimadını qazanaraq 4000 manat pulunun Qazax rayon sakini Aqil İsmayılov tərəfindən alınması müəyyən edilib.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onun, cari ilin may ayında Abşeron rayon sakinləri Mehparə Dövlətovanın, Arzu Məmmədovanın, Namik Yusifovun və Toğrul Səlimzadənin etimadlarını qazanaraq müvafiq olaraq onlardan 1373, 1500, 2500 və 1073 manatının alması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti