...

Bakıda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

Hadisə Materials 2 Sentyabr 2014 13:09 (UTC +04:00)
Xəzər rayonunda avtomobillə Bakı şəhər sakini vurulub.
Bakıda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İlkin İzzət/

Xəzər rayonunda avtomobillə Bakı şəhər sakini vurulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 1-də saat 16 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində Salyan rayon sakini Fuad Babayev idarə etdiyi "VAZ-21099" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Famil İlyasovu vurmuşdur. Piyada hadisə yerində ölmüşdür.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti