...

Bakı İstintaq təcridxanasına qanunsuz yollarla mobil telefonlar keçirmək istəyiblər

Hadisə Materials 9 Oktyabr 2014 18:30 (UTC +04:00)
Bakı İstintaq təcridxanasına qanunsuz yollarla mobil telefonlar keçirilməsinin qarşısı alınıb.
Bakı İstintaq təcridxanasına qanunsuz yollarla mobil telefonlar keçirmək istəyiblər

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakı İstintaq təcridxanasına qanunsuz yollarla mobil telefonlar keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Zaur Adil oğlu Abdullayevin yanına qısamüddətli görüşə gəlmiş anası Bakı şəhəri, Qədirli küçəsi, ev 110 ünvanında qeydiyyatda olan vətəndaş İradə Böyükağa qızı Abdullayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş, daxilində "Sim" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Z.Abdullayev Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilib.

Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Zaur Tapdıq oğlu Paşayevin yanına qısamüddətli görüşə gəlmiş anası Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 12, mənzil 34 ünvanında qeydiyyatda olan vətəndaş Rahilə Əmikişi qızı Paşayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş 1 ədəd "Cordless Phone" markalı telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Z.Paşayev Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələrinə əsasən təqsirli bilinərək həbs edilib.

Hər iki fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti