...

Bakıda istintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alındı

Hadisə Materials 14 Oktyabr 2014 16:44 (UTC +04:00)
Bakıda 3 saylı İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.
Bakıda istintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alındı

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda 3 saylı İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Vüqar Şahismayıl oğlu Əmrahovun yanına qəsamüddətli görüşə gəlmiş anası - Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, ev 14, mənzil 1 ünvanında qeydiyyatda olan vətəndaş Şəfiyə Süleyman qızı Əmrahovanın üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı onun əynində olan pencəyin cibindən içərisində "Sim" və "Nar" danışıq kartları olan 1 ədəd "Samsung Duos" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, V.Əmrahov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilib və hazırda Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti