...

"Total"ın həlak olmuş prezidenti bazar ertəsi dəfn olunacaq

Hadisə Materials 23 Oktyabr 2014 16:45 (UTC +04:00)
Moskvanın “Vnukovo” aeroportunda təyyarə qəzasında həlak olmuş “Total” neft şirkətinin prezidenti Kristof dö Marjeri bazar ertəsi dəfn ediləcək.
"Total"ın həlak olmuş prezidenti bazar ertəsi dəfn olunacaq

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Moskvanın "Vnukovo" aeroportunda təyyarə qəzasında həlak olmuş "Total" neft şirkətinin prezidenti Kristof dö Marjeri bazar ertəsi dəfn ediləcək. Trend-in məlumatına görə, bu barədə RİA Novosti "Frans Press" agentliyinə istinadən xəbər yayıb.

Bundan əvvəl K.Marjeri ilə vida mərasiminin Parisdə, dəfnin isə ailəsinin evinin olduğu Sen-Per-sür-Mer şəhərinin qəbiristanlığında keçiriləcəyi bildirilmişdi.

Dünyanın ən iri neft-qaz şirkətlərindən birinin prezidenti olan K.Marjeri çərşənbə axşamına keçən gecə Moskvanın "Vnukovo" aeroportunda baş vermiş təyyarə qəzasında həlak olub. Prezidentin şəxsi təyyarəsi qartəmizləyən maşınla toqquşub. K.Marjeri ilə birlikdə ekipajın 3 üzvü də həlak olub. Onların hamısı fransız olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti