Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycanda ailəvi şəkildə zəhərlənmələr qeydə alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 13-də Suraxanı rayonunun Qaraçuxur qəsəbə sakinləri Minə Süleymanova, oğlu Övlad və onun arvadı Həbibi, Gəncə şəhəri sakini Mehriban Babayeva dəm qazından, Xətai rayon sakinləri Bahadur Baxşıyev və onun arvadı Aytən, Abşeron rayonunun Saray qəsəbə sakini Afərin Bəşirova dərmandan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
Xoşbəxtlikdən ölüm halları qeydə alınmayıb.