...

Bakıda iki nəfər yanıq xəsarətindən ölüb

Hadisə Materials 17 Noyabr 2014 13:31 (UTC +04:00)
Bakıda yanıq xəsarəti ilə xəstəxanaya gətirilmiş iki nəfər orada ölüb.
Bakıda iki nəfər yanıq xəsarətindən ölüb

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda yanıq xəsarəti ilə xəstəxanaya gətirilmiş iki nəfər orada ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 15-də Səbail rayon sakini Nazilə Yedizarova evindən termiki yanıq (isti su) xəsarəti ilə xəstəxanaya gətirilib və noyabrın 16-da ölüb.

Bundan əlavə, noyabrın 12-də yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş Bakı şəhər sakini Əziz Kərimov da noyabrın 16-da orada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti