...

Lənkəranlı atanın məhkum oğluna “psixotrop sovqatı” çatmadı (FOTO)

Hadisə Materials 1 Dekabr 2014 13:17 (UTC +04:00)
Lənkəranlı kişi Bakıda məhkum oğlu ilə görüşə psixotrop maddə ilə gəlib.
Lənkəranlı atanın məhkum oğluna “psixotrop sovqatı” çatmadı (FOTO)

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İlkin İzzət/

Lənkəranlı kişi Bakıda məhkum oğlu ilə görüşə psixotrop maddə ilə gəlib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Anar Zöhrab oğlu Novruzovun yanına qısamüddətli görüşə gəlmiş atası, Lənkəran şəhər sakini vətəndaş Zöhrab Əli oğlu Novruzovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun alt paltarında gizlətdiyi 1 ədəd sellofan bükülünün içərisindən 420 (dörd yüz iyirmi) ədəd psixotrop maddə - "Metodon" və 140 (yüz qırx) ədəd "Lirika" kapsulaları aşkar edilərək götürülüb.

Qeyd edək ki, Anar Novruzov Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti