...

ABŞ-ın Merilend ştatında yaşayış binasının üstünə təyyarə düşüb

Hadisə Materials 8 Dekabr 2014 23:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

ABŞ paytaxtının yaxınlığında Merilend ştatında təyyarənin ikimərtəbəli yaşayış binasının üstünə düşməsi nəticəsində ən azı üç nəfər həlak olub. Trend TASS agentliyinə istinadən bu barədə Montqomeri dairəsinin rəhbərliyi dekabrın 8-də məlumat verib.

Təyyarə düşən ev tamamilə dağılıb, lakin hadisə zamanı evdə heç kim olmayıb. Ölənlərin hamısı təyyarədə olublar. Qəza nəticəsində başlayan yanğın zamanı qonşuluqda olan iki yaşayış binasına da ziyan dəyib.

Şahidlər bildiriblər ki, təyyarə yaxınlıqdakı hava limanına eniş etmək istəyib, lakin gözlənilmədən hündürlüyü itirərək yerə düşüb. Polis və nəqliyyatda təhlükəsizlik üzrə Milli Departamentinin ekspertləri faciənin səbəblərinin araşdırılmasına başlayıblar.

Xəbər lenti

Xəbər lenti