...

İD yaraqlıları Suriyanın şimalında 10 mühəndis-energetiki güllələyiblər

Hadisə Materials 14 Dekabr 2014 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

"İslam dövləti" qruplaşmasının yaraqlıları Suriyanın şimalındakı Tabka şəhərində yerləşən SES-in on mühəndis-energetikini öldürüb, altı əməkdaşını yaralayıblar. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Suriya qəzeti "Əl-Vətən" bazar günü məlumat verir.

Ekstremistlər Salmiyə-Rakka avtomobil yolu üzrə SES istiqamətində hərəkət edən və mühəndislər olan iki avtobusa hücum ediblər. Elektrik stansiyasının altı ağır yaralı əməkdaşı Salmıyə və Xamanın xəstəxanalarına yerləşdiriliblər.

Xəbər lenti

Xəbər lenti