...

İmişlidə əxlaqsızlar üçün kafe varmış

Hadisə Materials 29 Dekabr 2014 13:42 (UTC +04:00)
İmişli rayon sakininin əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
İmişlidə əxlaqsızlar üçün kafe varmış

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

İmişli rayon sakininin əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Gülbala Muradov saxlanılıb.

Onun Çahar kəndində yerləşən "Motel" kafesində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti