...

Qaradağda tükürpədici yol qəzası: Yeni doğulmuş körpə öldü, anası və nənəsi yaralandı

Hadisə Materials 17 Yanvar 2015 14:10 (UTC +04:00)
Qaradağ rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb.
Qaradağda tükürpədici yol qəzası: Yeni doğulmuş körpə öldü, anası və nənəsi yaralandı

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İlkin İzzət/

Qaradağ rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 16-da saat 02 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Xocavənd rayon sakini Zöhrab Balakişiyevin idarə etdiyi "VAZ-2107", Şirvan şəhər sakini Anar Əmənovun idarə etdiyi "KamAZ-5320" və Sabirabad rayon sakini Əsgər Hacıyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub.

Z.Balakişiyevin sərnişinlərindən - yeni doğulmuş qızı hadisə yerində ölüb, digər sərnişinləri - arvadı Aliyə və qayınanası Dilşad Bəhramova xəstəxanaya yerləşdiriliblər.

BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti