Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İlkin İzzət/
İrandan gələn avtomobilin kabinəsində metadon aşkar edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı Məhəmməd Zəngimayanın idarə etdiyi "Volvo" markalı yük avtomobilinə gömrük nəzarəti keçirilib.
Bu zaman avtomobilin kabinəsindəki plastik butulkada, təsiredici maddəsinin xalis çəkisi 0,3 qram olan narkotik vasitə - metadon aşkar edilib.
Qeyd edək ki, metadon məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.