Azərbaycan, Bakı, 27 fevral /Trend/
İrandan Azərbaycana gələn şəxsdən narkotik vasitə götürülüb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Tural Əliyev gömrük nəzarətindən keçərkən ona məxsus sellofan torbanın içərisində 1 ədəd butulkada, təsiredici maddəsinin ümumi xalis çəkisi 0,23 qram olan narkotik vasitə - metadon aşkar olunub.