...

Bakı-Quba yolunda zəncirvari qəza

Hadisə Materials 23 Mart 2015 12:55 (UTC +04:00)
Meteoroloji şərait düzgün seçilməməsindən 6 avtomobilin iştirakı ilə baş verən qəzada yol təsərrüfatına ziyan dəyib.
Bakı-Quba yolunda zəncirvari qəza

Azərbaycan, Bakı, 23 mart / Trend/

Meteoroloji şərait düzgün seçilməməsindən zənzirvari yol qəzası baş verib.

"Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki, martın 23-ü təxminən saat 11:00 radələrində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 19-cu km-də şəhərə gəliş istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. Meteoroloji şərait düzgün seçilmədiyi üçün 6 avtomobilin iştirakı ilə baş verən qəzada yol təsərrüfatına ziyan dəyib.

Nəqliyyat Nazirliyi" Azəryolservis" ASC və Baş Dövlət Yol Polisinin əməkdaşları ilə birgə baş vermiş hadisə ilə bağlı akt tərtib olunub. Qəza nəticəsində 77,4 pm əyrixətli tir sıradan çıxıb. Hazırda avtomobillərin yoldan kənarlaşdırılması istiqamətində iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti